AZ

Marta Kos: Gürcüstan Avropa İttifaqına üzv ola bilməyəcək

BAKI, 27 oktyabr. TELEQRAF

“Hakim “Gürcü Arzusu” Partiyasının yürütdüyü siyasətə görə Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv ola bilməyəcək”.

Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos deyib.

“Gürcüstan hökuməti israrla bəyan edir ki, ölkə 2030-cu ilə qədər Avropa İttifaqının üzvü olacaq. Amma bu, mövcud siyasi kursla mümkün deyil, “Gürcü Arzusu”nun siyasəti buna uyğun deyil.

Hazırda viza rejiminin dayandırılması üçün yeni mexanizm hazırlayırıq, bu sənəd noyabrda təsdiqlənəcək, bundan sonra isə çoxsaylı variantlar və imkanlar müzakirə olunacaq.

“Gürcü Arzusu” bizi diqqətlə dinləməli və Avropada nələr etdiyimizə daha diqqətlə baxmalıdır”, - Marta Kos vurğulayıb.

Seçilən
56
teleqraf.com

1Mənbələr