AZ

Azərbaycan millisi Qazaxıstana ikinci oyunda da qalib gəldi

Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Qazaxıstanla qüvvəsini sınayıb.

Millimiz üç gün içərisində ikinci dəfə qarşılaşdığı orta asiyalılara yenə qalib gəlib. Çimkənd şəhər stadionunda baş tutan matç 1:0 hesabı ilə yekunlaşıb. Oyunda qolu 82-ci dəqiqədə "Zenit"in üzvü Nigar Mirzəliyeva vurub.

Siyasət Əsgərov ilk dəqiqələrdən bu "11-liy"ə güvənib: Nərgiz Əliyeva, Alina Həhmətova, Jalya Maksimova, Nigar Mirzəliyeva, Ayşən Əhmədova, Esra Manya, Mana Mollayeva, Sevinc Cəfərzadə (k), Vüsalə Seyfəddinova, Vüsalə Hacıyeva, Peritan Bozdağ.

Qeyd edək ki, komandalar arasında oktyabrın 24-də keçirilən ilk oyunda Azərbaycan millisi 2:1 hesablı qələbə qazanıb.

27 oktyabr

Qazaxıstan (Qadınlar) - Azərbaycan (Qadınlar) 0:1
Qol:
N.Mirzəliyeva, 82.
Hakimlər: Roziyabonu Yusupova, Kristina Sereda, Xayriniso Erkiniva, Gulşoda Saidkulova 
(hamısı Özbəkistan)
Çimkənd şəhər stadionu.

Seçilən
19
fanat.az

1Mənbələr