Təmasda olmayan qəbilələrə yaxınlaşan təsirçilər təhlükə yaradır – xəbərdarlıq
Ajans.az xəbər verir ki,hazırda dünyada 196 təcrid olunmuş yerli qrup yaşayır. Təşkilatın yeni hesabatına görə, son illərdə bu qəbilələrlə "qəsdən qarşılıqlı əlaqə" axtaran təsirçilərin sayı artıb. Ekspertlər bildirirlər ki, bu cür cəhdlər qəbilələrə immuniteti olmayan xəstəliklərin yayılmasına səbəb ola bilər və nəticədə bütöv icmalar məhv ola bilər. “Bütün təmaslar öldürür. Təmasda olmayan xalqları qorumaq üçün sərt siyasətlər lazımdır,” – deyə hesabatda qeyd olunur. Məsələn, bu ilin əvvəlində amerikalı təsirçi Mixaylo Polyakov Hindistanın Şimali Sentinel adasında yaşayan yerli qəbilə ilə təmas qurmağa cəhd edib və qanunu pozduğuna görə saxlanılıb. Survival International xəbərdarlıq edir ki, hökumətlər təcili tədbirlər görməsələr, təcrid olunmuş qrupların yarısı növbəti on ildə yox ola bilər.