AZ

"Yuventus"un baş məşqçisi istefaya göndərilib

İtaliyanın "Yuventus" komandası baş məşqçisi İqor Tudoru istefaya göndərib.

Xezerxeber.az klubun rəsmi saytına istinadla xəbər verir ki, 47 yaşlı mütəxəssislə yollar ayrılıb.

Yeni baş məşqçi təyin olunana qədər xorvatiyalı çalışdırıcını Massimo Brambilla əvəzləyib.

İ. Tudor 2025-ci ilin martından "Yuventus"a rəhbərlik edirdi. Səkkiz turdan sonra Turin komandası İtaliya A Seriyasında 12 xalla səkkizinci yerdədir.

"Yuventus" son səkkiz matçda beş heç-heçə və üç məğlubiyyətlə yadda qalıb. Komanda son üç çempionat matçında “Komo”ya 0:2, “Latsio”ya 0:1, Çempionlar Liqasında isə “Real Madrid”ə 0:1 hesabı ilə məğlub olub.

Seçilən
8
7
xezerxeber.az

8Mənbələr