AZ

Azərbaycan klubu yayda transfer etdiyi legionerə qapını göstərdi - SON DƏQİQƏ

"Kəpəz"də ayrılıq yaşanıb.

Premyer Liqa təmsilçisi Otar Aptsiauri ilə yolları ayırıb.

Baş məşqçi Azər Bağırovun planlarına daxil olmayan gürcüstanlı ilə danışıqlar müsbət yekunlaşıb.

Müəyyən təzminat qarşılığında yarımmüdafiəçi düşərgədən ayrılıb.

24 yaşlı legioner mövsüm əvvəli bölgə klubuna transfer edilmişdi.

O, arxada qalan müddətdə cəmi 4 matçda forma geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
76
sportinfo.az

1Mənbələr