AZ

Qırğızıstan elektrik enerjisi idxalını dayandıracaq

BAKI, 27 oktyabr. TELEQRAF

İki il yarımdan sonra Qırğızıstan qış dövründə elektrik enerjisi idxalını tamamilə dayandıracaq.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Cəlalabad rayonunda Qarakul Su Elektrik Stansiyasının rəsmi istifadəyə verilməsi mərasimində bildirib.

Prezidentin sözlərinə görə, ölkədə enerji müstəqilliyinə nail olmaq üçün irimiqyaslı enerji layihələri fəal şəkildə həyata keçirilir:

“Bundan əlavə, hazırda respublika üzrə tikilən 40-a yaxın Su Elektrik Stansiyasının, eləcə də Qarakeçədə yeni İES-in tikintisi başa çatdıqdan sonra qışda elektrik enerjisinə olan tələbatımızı tam ödəyə biləcəyik. 2,5 ildən sonra qışda elektrik enerjisini idxal etməyəcəyik. Qırğızıstanda istehsal olunan elektrik enerjisi bizə kifayət edəcək”.

Seçilən
59
teleqraf.com

1Mənbələr