Bakı.Trend:
Xüsusilə mühəndislik və texniki sahələrə meyilli gənc qızlarınsayı artır. Bu isə gələcək nəsildə anaların daha çox ali təhsilliolacağı deməkdir.
Trend xəbərverir ki, bu fikirləri bu gün Elm və Təhsil naziri Emin Əmrullayev“Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyatakeçirilən “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”intəqdimat mərasimində səsləndirib.
O qeyd edib ki, statistik hesablamalara görə, 2030-cu illərinsonlarına doğru bu təsiri daha aydın görmək mümkün olacaq:
"Uzunmüddətli təhsilin nəticələrini ölçmək statistik olaraqçətin olsa da, əslində hər bir qızın bu gün aldığı təhsil gələcəknəsildə böyük təsir göstərəcək. Əsas məqam odur ki, cəmiyyətimizdəqadınların və qızların həm təhsildə, həm iqtisadi sahədə, həm də işhəyatında layiqli imkanlarla təmin olunması vacibdir".
“Bu prosesdə Azərbaycan kişilərinin də rolu böyükdür. Qadınlarıntəhsili və müstəqil inkişafı kişilərin uğur və təhlükəsizlikhissini əngəlləmir, əksinə, cəmiyyəti daha güclü və balanslı edir.Qadınlar cəmiyyətdə bərabər hüquqlu vətəndaşlar kimi iştiraketdikdə, həm ailədə, həm iş yerində, həm də ümumi sosial həyatdamüsbət dəyişikliklər baş verir”, - nazir əlavə edib.