Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.
Fanat.Az xəbər verir ki, B Liqasının I qrupunda yer alan U-17 Kosovo ilə qarşılaşıb.
Nərgiz Qurbanovanın baş məşqçisi olduğu komanda Moldovanın Vadul lui Voda şəhərində baş tutan qarşılaşmada rəqibinə 0:6 uduzub.
Qeyd edək ki, yığma qrupdakı ilk matçında Uelsə 0:7 hesabı ilə uduzub.