“Real”ın cinah hücumçusu Vinisus Junior “Barselona” ilə keçirilən La Liqanın 10-cu tur matçında əvəzlənməsindən sonra komandadan ayrılmaq istədiyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə Marca nəşri DAZN-a istinadən məlumat yayıb.
Bildirilir ki, Vinisus 72-ci dəqiqədə əvəzlənəcəyini öyrəndikdən sonra əsəbiləşərək söyüş işlədib və paltardəyişmə otağına gedərkən dəfələrlə “Komandadan gedəcəyəm, getməyim daha yaxşı olar” sözlərini təkrarlayıb.
Braziliyalı futbolçu 2018-ci ilin yayından “Real”da çıxış edir. O, Madrid klubunun heyətində üç dəfə İspaniya çempionu olub və iki dəfə Çempionlar Liqasını qazanıb. Vinisusun “Real”la hazırkı müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir.