AZ

Bu axşam bu ölkə yer üzündən silinə bilər

Yamaykaya doğru hərəkət edən “Melissa” qasırğası sürətlə güclənir. Dünən meteoroloqlar maksimum davamlı küləyin sürətinin 150 km/saat (93 mil/saat) olacağını proqnozlaşdırmışdılar.

Editor.az xəbər verir ki, Lakin Reuters-in məlumatına görə, “Melissa” artıq Saffir-Simpson şkalası üzrə 4-cü kateqoriyaya çatıb və küləyin sürəti 220 km/saat (135 mil/saat) olub.
“Melissa”nın yerli vaxtla bu axşam və ya çərşənbə axşamı gecəsi Yamaykaya, çərşənbə axşamı isə Kubaya çatacağı gözlənilir. Fırtınanın Haiti və Dominikan Respublikasına da təsir edəcəyi gözlənilir. Yamayka hakimiyyəti sakinləri ölkə daxilində təxminən 900 sığınacağa təxliyə etməyə çağırıb. Yamaykanın hər iki beynəlxalq hava limanı bağlanıb. Baş nazir Endryu Holness paytaxt Kinqston və digər altı bölgə üçün məcburi təxliyə əmrləri verib.

“Bu icmaların çoxu daşqından sağ çıxmayacaq”, – deyə Yerli Özünüidarəetmə Naziri Desmond Makkenzi bildirib. “Kinqston çox alçaq ərazidə yerləşir və onun heç bir ərazisi daşqından sığortalanmayıb.”

//Samir Qurbanov, Editor.az

Seçilən
109
editor.az

1Mənbələr