AZ

Xameneiyə göndərilən məktubda açıq mesaj: Müharibə olacaq!

BAKI, 27 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp mart ayında, 12 günlük müharibədən əvvəl İranın Ali rəhbəri Əli Xameneiyə göndərdiyi məktubunda danışıqlara başlamağı təklif edib. Həmçinin Amerika lideri yazıb ki, mümkün danışıqlar nəticə verməsə, müharibə olacaq.

Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi məlumat verib.

Təxt-Rəvançi qeyd edib: “Biz cavab olaraq dolayı danışıqları qəbul etdik, halbuki onlar birbaşa danışıqlar istəyirdilər. Bizim birbaşa danışıqları qəbul etməməyimizin öz səbəbləri var.

Məktubun məzmunundan və ABŞ rəsmilərinin yanaşmasından aydın olan budur: onlar düşünürlər ki, Tramp hakimiyyətə qayıdıbsa, artıq bütün dünya ona möhtacdır və dünya nizamını da o müəyyənləşdirməlidir. Belə şəraitdə qərara alındı ki, məktuba cavab verilsin, amma danışıqlar dolayı formada aparılsın”.

Donald Tramp ikinci prezidentlik dövrünün rəsmi başlanmasından təxminən yarım ay sonra “Fox Business” telekanalına müsahibəsində söyləmişdi ki, Xameneiyə məktub göndərərək müharibə əvəzinə danışıqlar vasitəsilə razılığa gəlmək istəyini ifadə edib.

Seçilən
51
2
teleqraf.com

3Mənbələr