AZ

"Azəristiliktəchizat"ın borcu 35 milyon manata yaxınlaşıb

Hesablama Palatasının auditinə əsasən, "Azəristiliktəchizat" ASC-nin debitor borcları 2023-cü il yanvarın 1-nə 20,7 milyon manat olduğu halda, 2025-ci il aprelin 1-nə 34,5 milyon manata yüksəlib.

Xezerxeber.az bu barədə Palataya istinadən xəbər verir.

Satışdan gəlirlərin yığım səviyyəsi hesabat illərinin əvvəlinə olan borclar nəzərə alınmadan ümumilikdə 86-90 % təşkil etsə də, bütün borclar nəzərə alındıqda bu göstərici 40-45 % arasında dəyişib.

Əhali istehlakçı qrupu üzrə isə yığım səviyyəsi daha aşağı – 20-25 % intervalında olub.

Seçilən
17
2
xezerxeber.az

3Mənbələr