AZ

Pakistanın Azərbaycandakı səfirliyində “Kəşmirin Qara Günü” adlı tədbir keçirildi

BAKI, 27 oktyabr. TELEQRAF

Pakistanın Azərbaycandakı səfirliyində “Kəşmirin Qara Günü” adlı tədbir keçirilib.

Teleqraf-ın xəbərinə görə, Pakistanın ölkəmizdəki səfiri Qasım Mohiuddinin bildirib ki,bu gün Hindistanın Cammu və şmir ştatının bir hissəsini işğal etməsinin 78-ci ildönümüdür və hər il Pakistanda 27 oktyabr "qara gün" kimi qeyd edilir.

Diplomat vurğulayıb ki, Hindistanın Kəşmirdəki addımları beynəlxalq hüququn, BMT qətnamələrinin və Cenevrə Konvensiyasının açıq şəkildə pozulmasıdır.

Qarabağ münaqişəsinə toxunan diplomat Azərbaycanın Pakistanla eyni faciəni yaşadığını bildirib.

Q.Mohiuddin Azərbaycanın ölkəsinə dəstəyini yüksək qiymətləndirib və bunun Pakistan xalqı üçün vacibliyini də vurğulayıb.

Seçilən
7
teleqraf.com

1Mənbələr