BAKI, 27 oktyabr. TELEQRAF
"Azərbaycanda qızların təhsili ilə bağlı görülməli olan çox işlər çoxdur. Təəssüf ki, ölkəmizdə hələ də qızlar yuxarı siniflərdə müəyyən qadağa və məhdudiyyətlərlə üzləşirlər".
Teleqraf xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in təqdimat mərasimində deyib.
O bildirib ki, qadınların təhsil alması hər bir ölkənin cəmiyyətinin inkişafını müəyyən edən vacib keyfiyyətdir.
"Bu sahədə aparılan araşdırmalar və statistik göstəricilər onu deməyə əsas verir ki, dördüncü sinif üzrə qızların təhsil göstəriciləri oğlanlara nisbətən çoxdur. Amma yuxarı siniflərə doğru vəziyyət dəyişir. Belə ki, qızlar 9-11-ci siniflərdə təzyiqlərlə üzləşirlər. Bu da birbaşa olaraq təhsil göstəricilərinə təsir edir".