525.az saytına istinadən ain.az xəbər verir.
“Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması dönüş nöqtəsidir”.
525.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə 2026-cı il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
“Əvvəllər görülən işlərin və danışıqların əhəmiyyəti azaltmadan, 8 avqustda baş verənləri əminliklə dönüş nöqtəsi adlandıra bilərəm. Bütün bunlar 8 avqusta gətirib çıxardı və həmin gün Vaşinqtonda baş verənlər gələcək işlər üçün təməl daşı oldu", - nazir vurğulayıb.
Əlavə edib ki, sənəddə həmçinin bir-birinin daxili işlərinə qarışmamaq, sərhədlərin toxunulmazlığı və regionda əməkdaşlıq prinsipləri də təsbit olunub.
O, həmçinin sülh müqaviləsi nəticəsində Azərbaycanın hər şeyi, Ermənistanın isə heç nə əldə etməyəcəyi iddialarına da münasibət bildirib. Nazir deyib ki, Azərbaycanla əldə edilən bütün razılaşmalar qarşılıqlı faydalıdır:
"Bizim əldə etdiklərimizin hamısı bizim üçün faydalıdır. Azərbaycanın əldə etdikləri onlar üçün çox vacibdir. Bu halda hər iki tərəf razılaşmalara riayət etməkdə maraqlı olacaq. ABŞ prezidenti Donald Trampın iştirakı əlavə dəyər hesab edilə bilər".
Pərvanə Sultanova
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.