AZ

Ukraynada rus generalının oğlu öldürülüb

Ukrayna cəbhəsində bir rus generalının oğlu zərərsizləşdirilib.

Musavat.com xəbər verir ki, bu barədə “Qordon” teleqram kanalı məlumat yayıb.

Veirlən məlumata əsasən, Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin (GUR) pilotsuz uçuş aparatları birləşmiş dəstəsinin döyüşçüləri Zaporojye istiqamətində hava kəşfiyyatı zamanı Rusiyanın dron operatorlarının mövqelərini aşkar ediblər. Mövqe Vasilyev rayonunun Plavni kəndi yaxınlığında yerləşirmiş.

Kəşfiyyat məlumatından dərhal sonra həmin koordinatlara idarə olunan aviasiya bombası zərbəsi endirilib.

Zərbə zamanı mövqedə leytenant Vasili Marzoyev — Rusiyanın 7-ci desant-hücum diviziyasının 108-ci paraşüt-desant alayının bölük komandiri olub. Məlumata görə, o, Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 18-ci ümumqoşun ordusunun komandanı, general-leytenant Arkadi Marzoyevin oğludur.

Ukrayna mənbələri xatırladır ki, general Arkadi Marzoyev Xerson vilayətində mülki əhaliyə qarşı törədilən hərbi cinayətlərdə iştirakda ittiham olunur.

Musavat.com

 

Seçilən
35
musavat.com

1Mənbələr