AZ

Hesablama Palatası “Azəristiliktəchizat” ASC-də nöqsanlar aşkarlayıb

Bakı. Trend:

Azərbaycan Respublikası Hesablama Palatası 2025-ci il üzrə işplanına uyğun olaraq “Azəristiliktəchizat” ASC-də dövlətvəsaitlərinin və əmlakının idarə olunmasına dair uyğunluq auditiaparıb. Audit 2023–2025-ci illəri əhatə edib və ümumi maliyyədövriyyəsi 149,3 milyon manat daxilolma, 146,7 milyon manat xərcləyekunlaşıb.

Bu barədə Trend Hesablama Palatasına istinadən xəbər verir.

Məlumata görə, yoxlama nəticəsində müəyyən olunub ki, istilikenerjisi istehsalında əsas xərclər qaz və elektrik enerjisinəyönəlib, bu isə dövlət büdcəsindən subsidiya tələbatını artıranəsas amil olub. Son illərdə istilik tariflərinin tənzimlənməsinəticəsində gəlirlər artsa da, subsidiya həcminin azaldılmasınabaşlanmayıb.

Audit göstərib ki, bir çox binalarda istilik təchizatıxidmətləri çox az sayda mənzili əhatə edir və bu, sisteminmodernləşdirilməsi və abonent bazasının genişləndirilməsi işlərininyetərincə həyata keçirilmədiyini göstərir.

Bundan başqa, 244 qazanxananın bir hissəsinin“Azəristiliktəchizat” ASC-nin balansında olmaması, bəzi obyektlərinisə konservasiya vəziyyətində qalması şirkətin dayanıqlılığınamənfi təsir göstərir. Audit həmçinin debitor borcların artdığını vəbəzi aktivlərin (1,6 milyon manat dəyərində) mühasibat uçotunda taməks etdirilmədiyini müəyyən edib.

Hesablama Palatasının Kollegiyası 3,6 milyon manatlıq hissəninbərpasını nəzərə alaraq nöqsanların aradan qaldırılması vəaidiyyəti qurumlara müvafiq tədbirlərin görülməsi üçün tapşırıqverib.

Seçilən
58
az.trend.az

1Mənbələr