Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva heç bir BRİKS üzvü olan ölkədən qrupdan çıxmaq niyyəti ilə bağlı məlumat almayıb.
Busaat.az xəbər verir ki, diplomatdan bəzi BRİKS ölkələrinin ABŞ-ın tariflər tətbiq etmək hədələrindən sonra qrupdan çıxa biləcəyi ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirməsi istənilib.
“Rusiya tərəfi BRİKS-dən çıxma və ya assosiasiyanın hər hansı üzvündən öz sıralarını tərk etmək niyyəti barədə heç bir məlumat almayıb, baxmayaraq ki, onların bir çoxu artıq Amerika idxal rüsumlarına məruz qalır”, – Zaxarova bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xatırladıb: “BRİKS könüllü dövlətlərarası birlikdir. Moskva həmişə suveren xarici siyasət yürüdən tərəfdaşlarının qərarlarına hörmətlə yanaşır”.
Yeganə