Bakı. Trend:
Fələstinin HƏMAS hərəkatının nümayəndələri Misirdən olanxilasedicilərə Qəzzada həlak olmuş əsirlərin nəşlərinin olduğu yerbarədə məlumatları təqdim edib.
Trend bu barədəxarici KİV-ə istinadla xəbər verir.
Məlumatda konkret hansı sayda cəsəddən söz getdiyi qeydolunmur.
Həmas nümayəndələrinin bildirdiyinə görə, əsirlərin cəsədlərinindağıntılar altında çıxarılmasına əngəl yaradan əsas problem bununüçün xüsusi texnika və mexanizmlərin olmamasıdır.
Qeyd edək ki, bir müddət əvvəl Misirdən gələn xilasedicilər vəhərbi mütəxəssislər qrupu Qəzzaya daxil olaraq həlak olmuş israilligirovların cəsədlərinin axtarışı və çıxarılması əməliyyatındaiştirak etməyə başlayıblar.