ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini Kürşad Zorlu türk dünyasına xidmətlərinə görə "Qənirə Paşayeva xüsusi mükafatı"na layiq görülüb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, tədbir Rumıniyanın Buxarest şəhərində Parlament sarayında baş tutub.
"Qənirə Paşayeva xüsusi mükafatı"nı Zorluya mərhum deputatın anası Terhan Nağıyeva təqdim edib.
Türkiyə-Rumıniya münasibətlərinin əhəmiyyətindən danışan Kürşad Zorlu bu münasibətlərin Balkanların sabitliyi üçün əhəmiyyətini vurğulayıb, ikitərəfli münasibətlərin bir çox sahələrdə davam edəcəyi mesajını verib.










Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.