"Yuventus" baş məşqçi İqor Tudorla yollarını ayırdı
Ajans.az xəbər verir ki,klub xorvatiyalı mütəxəssisə və onun məşqçi heyətinə gördükləri işə görə təşəkkür edib. Məlumata görə, "Yuventus B" komandasının çalışdırıcısı Massimo Brambilla müvəqqəti baş məşqçi təyin olunub və o, çərşənbə günü "Udineze" ilə keçiriləcək görüşdə komandanın ehtiyat oyunçular skamyasında yer alacaq. 47 yaşlı Tudorun rəhbərliyi altında "Yuventus" 24 oyunda 10 qələbə, 8 heç-heçə və 6 məğlubiyyət qeydə alıb. Xorvatiyalı mütəxəssis bundan əvvəl Super Liqada “Karabükspor” və “Qalatasaray” klublarını da çalışdırıb.