ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rezai, İranın Rusiyadakı səfiri Kazim Celalinin komissiya üzvlərinə iki ölkə arasındakı son münasibətlər və yeniliklərlə bağlı hesabat təqdim etdiyini bildirib.
Bizimyol.info xəbər verir ki, Rezainin sözlərinə görə, səfir Celali iclasda Rusiyanın İranla bağlı mövqeyinə aydınlıq gətirib.
“Səfir qeyd edib ki, Rusiya İranın uranın zənginləşdirilməsini sıfıra endirməsini tələb etməyib, əksinə Tehranın nüvə siyasətini dəstəkləyib. O həmçinin vurğuladı ki, Rusiya, Sionist rejimin (İsrail) İran ərazisinə qarşı həyata keçirdiyi hücumdan xəbərdar olmayıb”, - deyə qeyd edib.
İran-Rusiya əməkdaşlığından danışan Rezai bildirib ki, səfir Celali Rusiyanın Şəhid Rəcai limanında baş verən yanğın və keçmiş prezident İbrahim Rəisinin helikopter qəzası zamanı dərhal hərəkətə keçərək İranla sıx əməkdaşlıq etdiyini vurğulayıb.
"S-400" hava hücumundan müdafiə sistemləri ilə bağlı məsələyə də toxunan Rezai: “Səfirin sözlərinə görə, İran Rusiyadan "S-400" sistemlərinin alınması ilə bağlı heç bir rəsmi müraciət etməyib. Prezident Pezeşkiyan Rusiya ilə münasibətləri gücləndirməkdə çox qərarlıdır və bəzi məsələləri şəxsən nəzarətində saxlayır”, - deyə qeyd edib.
Bu açıqlama, son aylarda İranın Rusiyadan "S-400" zenit-raket sistemləri almağa hazırlaşdığı barədə yayılan xəbərlərə cavab kimi qiymətləndirilir.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.