Türkiyədə İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
KONKRET.az xəbər verir ki, Baş Prokurorluq tərəfindən aparılan istintaq çərçivəsində 24 şübhəli müəyyən edilib.
Onlardan doqquzu xarici döyüşçüdür.
Müstəntiqlərin sözlərinə görə, onlar İŞİD üzvləri ilə ünsiyyət qurmaq, sosial mediada terror təbliğatını aparmaq və silahlı münaqişə zonaları ilə əlaqə saxlamaq üçün istifadə ediblər.
Qeyd edək ki, 11 rayonda 22 ünvanda qruplar tərəfindən aparılan əməliyyat zamanı 21 şübhəli saxlanılıb. Üç qaçaq şübhəlinin tutulması üçün səylər davam edir.
Müşviq Tofiqoğlu
KONKRET.az