ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Oktyabrın 26-sı ABŞ-də minlərlə aviareysin gecikməsi baş verib.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, buna hava hərəkəti dispetçerlərinin çatışmazlığı və federal hökumətin işini dayandırması səbəb olub.
Ümumilikdə ötən gün ABŞ-də 8000-dən çox reys gecikib.
Məlumata görə, “Southwest Airlines” şirkətinin reyslərinin 45%-i və ya təxminən 2000 reys gecikib. “American Airlines” şirkətinin təxminən 1200 reysi, “United Airlines”in 739 reysi gecikməli olub.
Ümumiyyətlə, ABŞ hökumətində “şatdaun” baş verdikdən sonra gecikmələrin sayının normanı üstələdiyi bildirilir.
Xatırladaq ki, Konqresin 2026-cı maliyyə ili üçün büdcəni qəbul edə bilməməsi səbəbindən ABŞ federal hökuməti oktyabrın 1-i işini dayandırmalı olub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.