AZ

Palata: Binalara istilik xidməti göstərmək üçün infrastruktur olsa da “Azəristiliktəchizat” satış aparmır

Uzun illər ərzində istilik sisteminin modernləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi istiqamətində lazımi işlər görülməyib.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti üzrə dövlət vəsaitlərinin və digər əmlakının idarə olunmasına dair uyğunluq auditinin nəticələrində qeyd edilib.

Sənədə əsasən istilik təchizatı xidmətlərinin qiymətləri son illərdə həm əhali, həm də qeyri-əhali qrupları üçün ardıcıl artırılsa da, dövlət büdcəsindən "Azəristiliktəchizat" ASC-yə ayrılan subsidiyalar azaldılmayıb.

İki ildə dövlət büdcəsindən 89,6 mln. manat subsidiya alıb.

O da bildirilir ki, əhali qrupuna daxil olan çoxmənzilli binalara tam istilik xidməti göstərmək üçün lazım olan infrastruktur (borular, paylayıcılar, işçi heyəti, qaz, elektrik enerjisi və s. məsrəflər) təmin edilsə də, satış potensialı tam reallaşmır.

Bu vəziyyət, bir tərəfdən, əhali üçün müəyyən olunmuş tariflərin maya dəyərindən xeyli aşağı olması səbəbindən abonent bazasının genişləndirilməsini iqtisadi cəhətdən səmərəsiz və zərəri artıran hala gətirib. Digər tərəfdən isə, bu hal dövlət əmlakının idarə edilməsində səmərəlilik prinsiplərinə uyğunluğun pozulmasına səbəb olub.

Seçilən
32
teleqraf.com

1Mənbələr