AZ

Mirzoyan sülhdən DANIŞDI: “Tarix və yer…”

ABŞ-da 8 avqustda Hərbi Münaqişənin Sonlandırılması haqqında Bəyannamənin imzalandığı və Bakı ilə İrəvan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında müqavilənin paraflandığı hadisələri mübaliğəsiz “dönüş nöqtəsi” adlandırmaq olar.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Nəticədə Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub. Tərəflər bir-birinin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşılıqlı hörmət etməyi, Almatı Bəyannaməsi çərçivəsində sərhədləri tanımağı öhdələrinə götürüblər. Bu sazişlərə uyğun olaraq, regionda kommunikasiyaların açılması prosesi başlayıb”, – deyə Ermənistan xarici işlər naziri qeyd edib.

Mirzoyan həmçinin tərəflərin nəqliyyat əlaqələrini yenidən açmaq barədə razılığa gəldiyini vurğulayıb. Mirzoyan əlavə edib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması tarixi və yeri hələ müəyyən edilməyib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
6
konkret.az

1Mənbələr