BAKI, 27 oktyabr. TELEQRAF
Qazaxstan daxili işlər nazirinin birinci müavini, polis general-mayoru Bauyrjan Alenovun rəhbərlik etdiyi nümayəndə heyəti Vyetnamın paytaxtı Hanoyda BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasının imzalanması mərasimində iştirak edib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.
Sənəd informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və qlobal kibertəhlükəsizlik səviyyəsinin artırılmasına yönəlib.