ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Maliyyə Naziri Skott Bessent yaponiyalı həmkarı Satsuki Katayama ilə Moskva əleyhinə sanksiyaları və Rusiya enerji ehtiyatlarından uzaqlaşmağı müzakirə edib.
KONKRET.az xəbər verir ki, bu barədə Kyodo xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Katayama görüşün təfərrüatlarını açıqlamaqdan imtina edib.
Qeyd edək ki, 2024-cü maliyyə ilində (1 aprel 2024 – 31 mart 2025) Yaponiyaya Rusiya mayeləşdirilmiş təbii qazının tədarükü Rusiyadan gələn bütün idxalın 63,9%-ni təşkil edib.
Müşviq Tofiqoğlu
KONKRET.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.