AZ

Tramp: Həkimlər sağlamlığımı “əla” qiymətləndirib

Ajans.az xəbər verir ki,Ağ Evin YouTube kanalında yayımlanan audioyazıya görə, Tramp Yaponiyaya səfəri zamanı jurnalistlərin MRT müayinəsi ilə bağlı sualına belə cavab verib: "Hər şey əla idi, sizə tam nəticələri verdim. Bizimlə səyahət edən həkimlərimiz var və düşünürəm ki, onlar sizə çox inandırıcı hesabatlar veriblər. Əgər səhhətim pis olsaydı, bunu gizlətməzdim. Həkimlər dedilər ki, yaşım üçün ən yaxşı nəticələrimdir."

2025-ci ilin yayında Trampın ayaqlarında şişkinlik və qollarında göyərmələr müşahidə olunmuşdu. Ağ Evin mətbuat katibi Kerolin Livitt açıqlayıb ki, şişkinlik 70 yaşdan yuxarı insanlarda geniş yayılan venoz çatışmazlıqdan, göyərmələr isə tez-tez əl sıxma və aspirin istifadəsindən qaynaqlanır.

Seçilən
12
Ajans.az

1Mənbələr