AZ

Azərbaycan futbolunda yeni sponsorluq – Bizon Azərbaycan Kuboku

Azərbaycan futbolunda yeni sponsorluq – Bizon Azərbaycan Kuboku

Azərbaycan futbolunda yeni bir mərhələ başlayır. Peşəkar Futbol Liqası və “Avrora Qrup”un “Bizon” brendi arasında sponsorluq müqaviləsi imzalanıb.

Bu barədə şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elvin Babayev məlumat verib. Elvin Babayev bildirib ki, ölkəmizin ən nüfuzlu futbol turnirlərindən biri olan Azərbaycan Kuboku bundan sonra “Bizon Azərbaycan Kuboku” adı altında keçiriləcək.

Qeyd edək ki, son illər dövlət dəstəyi ilə daha da böyüyən, bütün Azərbaycanı əhatə edərək 34 komanda arasında keçirilən turnir ölkə futbolunun daha da inkişafını hədəfləyir.

Məlumat üçün bildirək ki, bu müqavilə ilə Azərbaycan Kubokunun ad hüququ Bizon brendinə məxsus olacaq. Bu əməkdaşlıq Bizon markasının idmanın inkişafına, xüsusi ilə futbolun populyarlaşmasına verdiyi dəstəyin göstəricisidir. Həmçinin Avrora Qrup ölkə idmanına çox böyük töhfələr verməkdədir. Belə ki, uşaq futbolunun inkişafı üçün “Europan Futbol Academy”, futzal üzrə futbolun inkişafı üçün “Araz-Naxçıvan” futbol klubuna, peşəkar futbolun inkişafı üçün “Zirə” futbol klubuna, voleybolumuzun inkişafı üçün Milli Aviasiya Akademiyasının qadınlardan ibarət voleybol klubuna sponsorluqlarla öz dəstəyini verməkdədir.

Yeni mövsümdə keçiriləcək Bizon Azərbaycan Kuboku azarkeşlərə daha maraqlı və həyəcanlı qarşılaşmalar vəd edir.

Seçilən
15
16
afn.az

10Mənbələr