AZ

Macarıstan ABŞ Rusiya sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır” Siyarto

ain.az, 525.az saytına istinadən bildirir.

“Macarıstan hökuməti istənilən vaxt Ukraynadakı münaqişənin həlli ilə bağlı Rusiya və ABŞ arasında danışıqlara ev sahibliyi etməyə hazırdır”. 

525.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

Ötən həftə ABŞ-da apardığım danışıqlar zamanı mənə aydın oldu ki, amerikalılar sülh sammiti keçirmək imkanından imtina etməyiblər. Sülh sammiti real nəticələr verəcək və bunun sayəsində sülh nəhayət Mərkəzi Avropaya qayıda bilər", - XİN başçısı bildirib.

Nazir söyləyib ki, amerikalılar sülh sammiti keçirmək imkanından imtina etməyiblər:

“Hazırlıqlar tam sürətlə davam edir, indi əsas məsələ vaxt və potensial nəticədədir”.

Siyarto bu məsələni ABŞ dövlət katibi Marko Rubio ilə müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, Macarıstanın Baş naziri Viktor Orban noyabrın əvvəlində Vaşinqtona səfər edəcək və məsələ Trampla müzakirə edilə bilər.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
525.az

1Mənbələr