AZ

Zaxarova: Rusiyaya qarşı sanksiyalar müvəqqəti deyil

BAKI, 27 oktyabr. TELEQRAF

“Rusiyaya qarşı Qərb sanksiyaları müvəqqəti tədbirlər deyil, bu, Moskvaya sistemli təzyiq mexanizmidir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Diplomat bildirib ki, Qərb dövlətləri və müttəfiqləri Rusiyaya qarşı təcavüzkar kampaniya aparırlar.

“Məqsəd açıq şəkildə bəyan edilib: maliyyə və texnoloji təcrid, uzunmüddətli sosial-iqtisadi inkişaf perspektivlərini sarsıtmaq, daxili siyasi sabitliyi pozmaq məqsədi ilə vətəndaşlara maksimum zərər vurmaq. Hesab edirik ki, sanksiyalar müvəqqəti və ya məqsədyönlü tədbirlər deyil, ölkəmizə qarşı sistemli strateji təzyiq mexanizmidir”, - Zaxarova vurğulayıb.

İkinci dərəcəli sanksiyalara gəlincə, diplomat hesab edir ki, Qərb onları suveren dövlətlərə qarşı tətbiq etməklə, bu ölkələri Rusiya ilə işləməyə görə cəzalandırmağa çalışır.

Seçilən
28
teleqraf.com

1Mənbələr