AZ

Monteneqroda azərbaycanlı və türklər saxlanıldı

Monteneqro polisi Azərbaycan və Türkiyə vətəndaşlarından ibarət 45 nəfərlik qrupu saxlayıb. Onların həm müxtəlif cinayətlərdə iştirakı, həm də ölkədə qalmalarının qanuniliyinə dair araşdırmalar aparılıb.

XəzərNews.az xəbər verir ki, əməliyyata səbəb iki gün əvvəl paytaxt Podqoritsada baş vermiş qətl hadisəsi olub.

Məlumata görə, 31 yaşlı Azərbaycan vətəndaşı Y.G. və 54 yaşlı Türkiyə vətəndaşı N.D. Zabjelo qəsəbəsində M.J. adlı şəxsin qətlində şübhəli bilinir. Hər iki şəxs zorakılıq törətməkdə təqsirləndirilir.

Polisin açıqlamasına əsasən, araşdırmalar nəticəsində saxlanılanlar arasında səkkiz əcnəbinin ölkədən deportasiya edildiyi bildirilib.

Bu, Monteneqroda son aylarda əcnəbilərin iştirakı ilə qeydə alınan ən böyük əməliyyatlardan biri kimi qiymətləndirilir.

Xəbər 3 dəfə oxunub.
Seçilən
45
xezernews.az

1Mənbələr