AZ

Emin Əmrullayev qız və oğlan şagirdlərin təhsil göstəriciləri arasındakı fərqdən danışıb

Bakı, 27 oktyabr, AZƏRTAC

Qadınların təhsili cəmiyyətin inkişafını müəyyən edən əsas amillərdəndir. Qadınların inkişafı ilə təhsilin inkişafı arasında sıx əlaqə var.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in təqdimat mərasimində deyib. O bildirib ki, uzunmüddətli perspektivdə “Hənifə Məlikova-Zərdabi” adına təqaüd proqramından tələbələr, dövlət qurumları, özəl sektor və bütövlükdə Azərbaycan ictimaiyyəti fayda qazanacaq: “Artıq bu təşəbbüsün beşinci ilində yüzlərlə gənc qızın təhsilinə dəstək göstərilməsi qadın təhsilinin nə qədər vacib bir faktor olduğunu bir daha sübut edir.

Qadının cəmiyyətdəki mövqeyi, ictimai və sosial gücü istənilən təhsil sisteminin keyfiyyətini və funksionallığını müəyyən edən əsas amillərdəndir. Bu cür layihələr qadınların təhsil imkanlarını genişləndirməklə yanaşı, ölkənin sosial və iqtisadi inkişafına da mühüm töhfə verir.

Dördüncü sinif üzrə statistikalara baxdıqda, qızların təhsil göstəriciləri oğlanlara nisbətən daha yüksək olur. Lakin sonrakı illərdə oğlanların nəticələri yüksəlməyə başlayır. Bəzi hallarda bu fərq bioloji amillərlə izah edilsə də, əsas səbəb qızların 9–11-ci siniflərə çatdıqca müəyyən məhdudiyyətlərlə, qadağalarla üzləşməsi ilə bağlıdır”.

 

Seçilən
64
azertag.az

1Mənbələr