AZ

Ramiz Mehdiyevin Rusiyaya xain məktubundan- “Radikal islahatlar tələb olunur...”

Xəbər verdiyimiz kimi Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istədiyi və bununla bağlı Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə məktub ünvanladığı barədə mediada məlumat verilib.

Musavat.com xəbər verir ki, Ramiz Mehdiyev Rusiyaya xain məktubunda dövlət idarəetmə sistemində ciddi böhran yaşandığını və bunun radikal islahatlar tələb etdiyini bildirib:

“Mövcud idarəetmə sisteminin səmərəsizliyi bir tərəfdən hazırkı hakimiyyətin xarakteri, davranışları və baxışları ilə bağlıdırsa, digər tərəfdən, bu struktur özü avtoritarizm ruhu ilə sıradan çıxmış və iflic vəziyyətinə düşmüşdür. Bu idarəetmə sisteminin əsas cizgilərini yalnız referendum vasitəsilə dəyişdirmək mümkündür.

Yeni idarəetmə modelinin və prinsiplərinin hazırlanması zamanı ilk növbədə Azərbaycan xalqının siyasi psixologiyası, dövlətə dair ənənəvi gözləntiləri nəzərə alınmalı, ölkənin sosial-iqtisadi həyatında durğunluğun real səbəbləri müəyyən edilərək aradan qaldırılmalıdır”.

Musavat.com

Seçilən
57
1
musavat.com

2Mənbələr