AZ

“Manchester Yunayted” ulduz futbolçunun "qələmini qırdı"

“Manchester Yunayted” rəhbərliyi mövsümün sonunda müqaviləsi başa çatacaq braziliyalı yarımmüdafiəçi Kazemiro ilə sözləşməni uzatmağı planlaşdırmır.

Publika.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

Mənbənin sözlərinə görə, klub ümumi əməkhaqqı fondunu azaltmaq niyyətindədir və bu səbəbdən təcrübəli futbolçu ilə əməkdaşlığın davam etməsi real görünmür.

Mövcud müqavilədə daha bir illik uzadılma imkanı olsa da, “Mançester Yunayted” rəhbərliyi bunu oyunçunun yaşı və yüksək maaşı nəzərə alınaraq iqtisadi baxımdan məqsədəuyğun hesab etmir.

Seçilən
15
publika.az

1Mənbələr