Bakı. Trend:
Oktyabrın 31-dən noyabrın 2-dək paytaxtda “Bakıya Uçuş.İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” (“Fly to Baku. Art Weekend.Sense the Future NOW”) adlı möhtəşəm İncəsənət Festivalıkeçiriləcək.
Trend xəbər verirki, bu tədbir incəsənəti, mədəniyyəti və ekologiyanı bir arayagətirəcək.
Layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinintəşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı iləgerçəkləşdirilir. Layihənin müəllifi və təşəbbüskarı Heydər ƏliyevFondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi LeylaƏliyevadır.
Bu immersiv layihə Bakını müasir yaradıcılıq, dialoq vəkəşflərin canlı səhnəsinə çevirəcək. Festivalda xüsusi diqqətokeanlar və dənizlərdəki ekoloji vəziyyətə incəsənət dilivasitəsilə yönəldiləcək. Festivalın əsas mövzusu həyatın,yenilənmənin və dayanıqlı inkişafın rəmzi olan sudur. Su –davamlılığın, yenilənmənin və ümumi yaddaşın simvolu kimi “ArtWeekend”in əsas elementi seçilib.
Festivalın əsas mövzusu - həyatın, yenilənmənin və dayanıqlıinkişafın rəmzi olan sudur. Davamlılıq, yenilənmə və kollektivyaddaşı təcəssüm etdirən su, “Art Weekend”in əsas elementi kimiseçilib və bu, Azərbaycanın beynəlxalq incəsənət ictimaiyyəti iləmənalı dialoquna töhfə verəcək.
Layihə çərçivəsində Söz multidissiplinar mərkəzinin yaradıcısı,şairə Nigar Həsənzadə tərəfindən üç maraqlı təqdimat keçiriləcək.Hər bir multidissiplinar proqram xüsusi olaraq bu festival üçünhazırlanıb və tədbirlər XX–XXI əsr Azərbaycan rəngkarlığı muzeyindəbaş tutacaq.
“Hamımız ölkəmizin mədəni həyatında mühüm əhəmiyyət daşıyan bumöhtəşəm festivalın başlanmasını səbirsizliklə gözləyirik.Komandamız adından hər kəsi bu unudulmaz təəssüratlarla yaddaqalacaq böyük bayramın qonağı olmağa dəvət edirik,”- deyə NigarHəsənzadə Trend-ə bildirib.
İlk tədbir 1 noyabr saat 18:00-da başlayacaq.Bu, “Savalan” və “Çardaq” qrupları tərəfindən etno-sufi musiqisi vəmelodramatik deklamasiya axşamı olacaq. Tədbir iştirakçılaraunudulmaz emosiyalar bəxş edəcək. Vokalçıların duyğulu səsləri,böyük şərq şairlərinin sehrli misraları və canlı instrumentalmusiqi unikal atmosfer yaradacaq.
İkinci tədbir 2 noyabr saat 17:00-dakeçiriləcək və burada Azərbaycan Dövlət Uşaq Filarmoniyasınınşagirdləri çıxış edəcək. Bu proqram Heydər Əliyev Fondununvitse-prezidenti Leyla Əliyevanın şeirlərindən ilhamlanıb. 45dəqiqəlik uşaq proqramında rəqs, musiqi, vokal, deklamasiya, bədiigimnastika və aktyorluq sənəti nümayiş olunacaq. Gənc nəslinsəmimiyyətinə, enerjisinə və istedadına heç bir tamaşaçı biganəqalmayacaq.
Və nəhayət, 2 noyabr saat 18:00-da beynəlxalqpoeziya axşamı baş tutacaq. Tədbirə dünyanın tanınmış şairləri –Manuel Ayris (ABŞ), Luis Felipi Sarmentu (Portuqaliya), Həsən Nacmi(Mərakeş) və Ataol Bəhramoğlu (Türkiyə) dəvət olunublar. Xaricişairlərlə yanaşı, Azərbaycan poeziyasının ustadları – Vahid Əziz,Sabir Rüstəmxanlı və Vaqif Bəhmanlı da çıxış edəcəklər.
Giriş sərbəstdir. Qeydiyyat üçün bu ünvana daxil ola bilərsiniz:https://bakuartweekend.az/az/register/