AZ

Azərbaycanın avtomobil idxalına çəkdiyi xərc son 5 ilin maksimumuna çatıb - ARAŞDIRMA

Azərbaycanın avtomobil idxalına çəkdiyi xərc son 5 ilin maksimumuna çatıb.
Təkcə bu ilin yanvar-sentyabr aylarında Azərbaycana ümumilikdə 1,6 milyard dollar dəyərində 85 257 ədəd avtomobil idxal olunub.

Avtosfer.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 18.972 ədəd çoxdur.

Araşdırmalara görə, bu, 2020-ci ilin yanvar-sentyabr dövründən bəri ən yüksək idxal dəyəridir.

Ümumillikdə, son 5 ilin 9 ayı ərzində Azərbaycan avtomobil idxalına bu qədər xərc çəkib:

İllər
İdxal dəyəri
2020
462,6 milyon dollar
2021
659,5 milyon dollar
2022
743,9 milyon dollar
2023
1,20 milyard dollar
2024
1,26 milyard dollar
2025
1,6 milyard dollar
 

Beləliklə, bu ilin 9 ayı ərzində Azərbaycanın avtomobil idxalına çəkdiyi xərc son 5 ilin maksimumuna çatıb. Bu göstərici 2020-ci illə müqayisədə 3,4 dəfə artıb.

Ümumillikdə son 5 ildə Azərbaycan avtomobil idxalına 5,9 milyard dollar vəsait xərcləyib.

Seçilən
36
avtosfer.az

1Mənbələr