AZ

Azərbaycanda 7 banka şirkətlərin depozit yatırımları artıb

2025-ci ilin ilk 9 ayında Azərbaycan banklarında hüquqi şəxslərin depozitlərinin həcmində ciddi dəyişikliklər baş verib. Bəzi banklar korporativ müştərilərini bir neçə dəfə artıra bildiyi halda, bəziləri cüzi artımla kifayətlənib.

FED.az bankların maliyyə göstəricilərinə istinadən xəbər verir ki, hüquqi şəxslərin depozitlərinin artım tempinə görə mütləq lider “Bank BTB” ASC olub. Bank ilin əvvəlindən korporativ depozitlərini 19,1 milyon manat artıraraq 3,2 dəfə böyüdüb.

Dinamik artım nümayiş etdirən digər banklar isə “Bank Respublika” ASC və “Ziraat Bank Azərbaycan” ASC olub. “Bank Respublika” korporativ portfelini 201 milyon manat və ya 28,2%, “Ziraat Bank Azərbaycan” isə 72,6 milyon manat və ya 19,5% artırıb.

Mütləq məbləğdə ən böyük artım isə bazarın liderlərindən olan “PAŞA Bank” ASC-də qeydə alınıb. Bank korporativ depozitlərini 484,9 milyon manat və ya 10,7% artırmağa müvəffəq olub.

Artım templəri 10% ilə 15% arasında dəyişən banklar arasında "Xalq Bank" ASC (124,3 milyon manat və ya 13,0%) və "Rabitəbank" ASC (26,8 milyon manat və ya 12,4%) yer alıb.

Ən kiçik artım isə “Bank of Baku” ASC-də müşahidə edilib. Bankın korporativ depozitləri cəmi 2,4 milyon manat və ya 4,2% artıb.

Seçilən
16
fed.az

1Mənbələr