AZ

Emrah səhnələrə qayıtdı: Bu dəfə mahnıları yox, tərzi müzakirə olunur - VİDEO

Emrah səhnələrə qayıtdı: Bu dəfə mahnıları yox, tərzi müzakirə olunur - VİDEOTürk musiqisinin unudulmaz ifaçılarından Emrah Erdoğan, uzun müddət uzaq qaldığı səhnələrə yenidən qayıdıb. "Küçük Emrah" ləqəbi ilə tanınan sənətçi, bu dəfə yalnız mahnıları ilə deyil, dəyişən imici və səhnə tərzi ilə gündəmə gəlib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, əvvəlki illərdə səhnəyə xüsusi tikişli kostyumlarla çıxan Emrah, Azərbaycanda verdiyi son konsertində daha sadə və idman üslubunda geyim seçimi edib.

Sosial mediada paylaşılan görüntülər izləyicilər tərəfindən həm təəccüb, həm də bəyənilərək qarşılanıb.

Bəzi izləyicilər onun yeni tərzini bəyənərkən, bəziləri isə "Əvvəlki klassik tərzinə qayıtmalıdır" deyə şərh yazıblar.

Seçilən
18
sonxeber.az

1Mənbələr