
ABŞ Prezidenti Donald Tramp Amerika administrasiyasının Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə biləcəyini inkar etməyib.
Yeniavaz.com Ağ Evə istinadla xəbər verir ki, bu barədə o, Kuala-Lumpurdan Tokioya uçan təyyarədə jurnalistlərlə söhbətində bildirib.
Dövlət başçısına Rusiyaya qarşı əlavə məhdudiyyətlərin tətbiqi imkanının nəzərdən keçirilib-keçirilməməsi ilə bağlı sual verilib.
“Siz bu barədə məlumat alacaqsınız”, - deyə Tramp cavab verib.
Qeyd edək ki, oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi “Rosneft”, “Lukoyl” və bu şirkətlərin 34 törəmə müəssisəsini Rusiya əleyhinə yeni sanksiyalar paketinə daxil edib.