Astana, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 29-da Almatıda türkdilli ölkələrin gənclərinin iştirakı ilə beynəlxalq “Jaydarman TurkiCUP” oyunu keçiriləcək.
AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, tədbir “Almatı - Türk dünyasının gənclər paytaxtı” beynəlxalq layihəsi çərçivəsində təşkil olunub və ortaq yumor, dil vasitəsilə qardaş xalqlar arasında mədəni əlaqələrin gücləndirilməsinə yönəlib.
Oyunda Qazaxıstan, Azərbaycan, Özbəkistan, Qırğızıstan və Türkiyədən 11 komanda iştirak edəcək.
Təşkilatçıların sözlərinə görə, “TurkiCUP” sadəcə yumor müsabiqəsi deyil, türk xalqları arasında əsl dostluq və mədəni mübadilənin təntənəsidir.
Jaydarman şən və hazırcavab gəncləri bir araya gətirən məşhur əyləncə şousudur.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana