Növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası Şəki şəhərində təşkil edilib.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, yarmarkanın əsas məqsədi regionda toxumçuluq sahəsinin inkişaf perspektivlərini nümayiş etdirmək, yerli fermerlərin satış imkanlarını genişləndirmək, sahibkarlığın təşviqi və yeni tərəfdaşlıq əlaqələrinin qurulmasına dəstək verməkdir.
Sərgi çərçivəsində toxum istehsalçıları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, eləcə də yerli fermerlər məhsullarını nümayiş etdiriblər. Festival zamanı iştirakçılara müasir texnologiyalar, gübrə və toxum nümunələri, güzəştli kredit imkanları barədə məlumatlar təqdim olunub, habelə təlimlər keçirilib.