Braziliyalı ulduz Neymarın “Santos”la mövcud müqaviləsi bu il dekabrın 31-də başa çatır.
Publika.az xəbər verir ki, futbolçunun atası Neymar Sunior oğlunun bud əzələsindəki zədədən bərpa olunduğu müddətdə altı aylıq müqavilə uzadılması barədə danışıqlar aparmağa cəhd edib. Bu barədə "Globo" məlumat yayıb.
Lakin “Santos” belə bir razılaşmaya maraq göstərməyib. Bu rədd cavabı Neymarın MLS-ə keçidi ilə bağlı şayiələri daha da gücləndirib. 33 yaşlı hücumçunun karyerasını davam etdirə biləcəyi ən real variantlardan biri “İnter Mayami” hesab olunur.
ABŞ-a keçid Neymarın “Barselona”dakı sabiq komanda yoldaşları Lionel Messi və Luis Suareslə yenidən birləşməsinə imkan verir.