AZ

Uşaq evi sakinləri ilə Vətən müharibəsi iştirakçılarının görüşü olub

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 27 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsində Vətən müharibəsi iştirakçılarının valideyn himayəsindən məhrum olmuş uşaqlarla görüşü təşkil olunub.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, möhtəşəm Zəfərlə başa çatan Vətən müharibəsinin 5-ci ildönümü münasibətilə təşkil edilən görüş zamanı müharibə iştirakçıları şərəfli döyüş yollarından danışıb, xatirələrini bölüşüblər.

Sonra müəssisə sakinlərinin iştirakı ilə “Zəfər qoxulu 5 il” adlı konsert proqramı təşkil edilib. Uşaqlar vətənpərvərlik ruhunda mahnılar oxuyub, müxtəlif rəqs nömrələri ilə çıxış edib, qəhrəmanlıq mövzusunda şeirlər səsləndiriblər.

Görüş maraqlı söhbətlər, səmimi anlar və xoş təəssüratlarla yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
azertag.az

1Mənbələr