AZ

Qazaxıstan millisinin sabiq qapısıçı dünyasını dəyişib

sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qazaxıstan milli komandasının keçmiş qapıçısı Andrey Morev 52 yaşında vəfat edib. Sport24.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Veteran futbolçunun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Morev Omskın "İrtış", "Lokomotiv Çita", Qazaxıstanın "Jenis", "Tobol" və "Aktobe" komandalarında oynayıb. Karyerası ərzində iki dəfə Qazaxıstan çempionu olub, bir dəfə ölkə kubokunu qazanıb. Futbolçu karyerasını başa vurduqdan sonra Morev "İrtış" və "Spartak Anapa" komandalarında qapıçı məşqçisi kimi çalışıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
59
sport24.az

1Mənbələr