AZ

Yedi, içdi, hesabı ödəyə bilmədi: Bomba təşvişi yaratdı

Slovakiyanın paytaxtı Bratislavada bir kişi restoranda hesabı ödəyə bilmədikdən sonra orada bomba olduğu barədə yalan məlumat verib.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, 48 yaşlı kişi ötən həftə polisə zəng edərək restoranda partlayıcı qurğu yerləşdirildiyini bildirib. Eyni zamanda restoran işçisi də müştərinin hesabı ödəməkdən imtina etməsi barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

Hadisə yerinə gələn polis əməkdaşları restoranı təxliyə edib, nəticədə 15 nəfər binadan çıxarılıb. Xüsusi təlim keçmiş itlə aparılan axtarış zamanı heç bir partlayıcı maddə tapılmayıb.

Sonradan həmin şəxs özü etiraf edib ki, zəngi məhz o edib, çünki yeməyin pulunu ödəməyə pulu olmayıb. Ona qarşı yalan məlumat yaymaq ittihamı irəli sürülüb və hazırda istintaq aparılır.

Nuriyyə NATİQQIZI

Seçilən
48
1
redaktor.az

2Mənbələr