AZ

Bəzi bölgələrdə və ucqar kəndlərdə təhsilə çıxışda müəyyən çətinliklər mövcuddur - Komitə sədri

Bakı.Trend:

Bəzi bölgələrdə və ucqar kəndlərdə təhsilə çıxışda müəyyənçətinliklər mövcuddur.

Trend xəbərverir ki, bu fikirləri bu gün “Gənc qızların təhsilinə dəstək”layihəsi çərçivəsində həyata keçirilən “Hənifə Məlikova-Zərdabiadına təqaüd proqramı 2025”in təqdimat mərasimi çərçivəsində Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri BaharMuradova jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, problemlərin aradan qaldırılması üçün layihələrvasitəsilə gənclərin təhsil imkanlarını genişləndirməyəçalışırıq:

“5 ildir həyata keçirdiyimiz qızların təhsilinə dəstək layihəsidə məhz bu məqsədə xidmət edir. Qızların təhsilinə xüsusi diqqətgöstərməyimizin öz səbəbləri var. Bəzi ailələrdə, xüsusilə ucqarkəndlərdə hələ də müəyyən stereotiplər qalmaqdadır”.

Komitə sədri deyib ki, bəziləri düşünür ki, qız uşağının təhsilivacib deyil, onun ailə təsərrüfatı ilə məşğul olmasıkifayətdir.

“Bu cür yanaşmalar, təəssüf ki, hələ də mövcuddur. HalbukiAzərbaycan qanunvericiliyi bu halların qarşısını almaq üçün bütünhüquqi təminatları nəzərdə tutub.Buna baxmayaraq, bəzi istisnahallarda biz müvafiq tədbirlər görməyə məcbur oluruq ki, təhsildənuzaq düşmüş istər qız, istərsə də oğlan uşaqları yenidən məktəbəqaytarılsın”, deyə o əlavə edib.

Seçilən
56
az.trend.az

1Mənbələr