APA agentliyi Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Rusiyaya yazdığı və Azərbaycan Respublikasının Konstitusiyasında mövcud olmayan bir qurumun yaradılmasından bəhs edən məktub yayımlayıb.
Əvvəla, Konstitusiyaya görə, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.
İkincisi, Konstitusiyaya görə, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.
Üçüncüsü, Konstitusiyaya görə, xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur.
Dördüncüsü, Konstitusiyaya görə, Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir.
Beşincisi, Konstitusiyaya görə, Vətənə sədaqət müqəddəsdir.
APA-nın yaydığı bu məktub bir daha təsdiq edir ki,Dövlətə, Suverenliyə, Konstitusiyaya xəyanət qarşısında Vətənə müqəddəs sədaqətimiz- birbaşa və şəxsən Prezident İlham Əliyevə sədaqət deməkdir.
 
                        