Azərbaycanda ilk dəfə olaraq dünyaca məşhur “Automechanika” sərgisi keçiriləcək.
Newscenter.az xəbər verir ki, Azərbaycanda avtomobil sənayesinin inkişafına töhfə verəcək Xəzər Beynəlxalq Avtomobil Ehtiyat Hissələri, Avadanlıq və Texniki Xidmət Məhsullarının Sərgisi - “Automechanika Baku” Azərbaycan Avtomobil Federasiyasının rəsmi dəstəyi ilə təşkil olunacaq.
Sərgiyə hazırlıq prosesi, bu istiqamətdə görülən işlərlə bağlı oktyabrın 28-də mətbuat konfransı keçiriləcək.
Mətbuat konfransı Azərbaycan Avtomobil Federasiyasının rəsmiləri, "Azərbaycan Avtomobil Dilerləri
Assosiasiyası" nümayəndələrinin, “Automechanika” brendinin yaradıcısı olan məşhur “Messe Frankfurt
Exhibition GmbH” şirkətinin vitse-prezidenti, eləcə də digər əlaqədar qurumlar və sərgi təşkilatçılarının iştirakı
ilə təşkil olunacaq.
Süleyman